Oğuzda sirkə turşusundan zəhərlənən 77 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB

01/05/2024 - 08:56

Oğuzda sirkə turşusundan zəhərlənən 77 yaşlı qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu, Oğuz rayonu Muxas kənd sakini 1947-ci il təvəllüdlü İdrisova Saniyə Şükür qızıdır.

    Saniyə İdrisova sirkə turşusunu içəndən sonra xəstəxanaya aparılsa da bir neçə saat sonra dünyasını dəyişib.

     

    ***
    30.04.2024

    Oğuzda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 20 radələrində rayonun Muxas kənd sakini 1947-ci il təvəllüdlü Saniyə Şükür qızı İdrisova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

    Müayinə zamanı 77 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub.

    S. İdrisovanın vəziyyəti ağır olduğu üçün ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Şəki RMX-a göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    İmişlidə ev yandı - Video
    13/05/2024 - 16:43
    Tovuza dolu düşüb
    12/05/2024 - 17:34
    ON DÖRD CANAVAR
    12/05/2024 - 11:21