Göygöldə minik avtomobili "Kamaz"a çırpılıb, xəsarət alan var

25/09/2024 - 06:06

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirdiyi üçün avtomobil yol kənarında dayanan "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı 1995-ci il təvəllüdlü S.Əmraslanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ