Əli İnsanovun partiyası seçkiyə gedir - Özü isə...
Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq-Ədalət Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar verib.
"AzPolitika" xəbər verir ki, bu barədə HƏP mətbuat xidməti məlumat yayıb. Qərar İdarə Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub.
HƏP-in maliyyə məsələləri üzrə Əmir Çıraqəliyev və Rəşad Abbaslı, seçki məsələləri üzrə isə Fərrux Binnətzadə, Yusif Vəliyev və Samir Nəsirov səlahiyyətli nümayəndələr kimi MSK-ya təqdim olunub. Gündəlikdəki üçüncü məsələ ilə bağlı HƏP İdarə Heyətinin bütün üzvləri ayrı-ayrılıqda çıxış edib, yekunda 2024-cü il sentyabrın 1-də növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürüləcək HƏP üzvlərinin siyahısı təsdiq olunub.
1. Əliyar Şirməmmədov – İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri – Bakı şəhəri, Nizami birinci 24 saylı DSK
2. Bəhram Mehdiyev – İdarə Heyətinin üzvü – 25 saylı Bakı şəhəri, Nizami ikinci DSK
3. Aslan Dəmirov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin birinci müavini – 87 saylı Qobustan-Şamaxı-İsmayıllı DSK
4. Elçin İsmayılov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin regionların işi üzrə müavini, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri – 40 saylı Gəncə şəhər üçüncü DSK
5. Bildirçin Davudova – HƏP Qadınlar Şurasının sədri – 50 saylı Abşeron üçüncü DSK
6. Əsgər Məmmədbəyli – HƏP Naxçıvan Şəhər Təşkilatının sədri – 4 saylı Naxçıvan şəhər DSK
7. Anar Hüseynov – HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri – 43 saylı Sumqayıt Şəhər üçüncü DSK
8. Azər Salmanov – HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri – 111 saylı Zaqatala Şəhər DSK
9. Dilqəm Əliyev – HƏP Şəmkir Rayon Təşkilatının sədri – 102 saylı Şəmkir Şəhər DSK .