Ələkbərov: Prezident qəti şəkildə buna qarşı çıxdı - VİDEO

18/10/2024 - 23:09

Son vaxtlar COP29-la bağlı müxtəlif məlumatlar yayılırdı. Həmin qeyri rəsmi məlumatlarda bildirilirdi ki, COP29 dövründə sms icazə ilə evdən çıxılacaq, aparıcı küçələrdə hərəkət tamamilə dayandırılacaq. İdarə və müəssisələrdə, hökumət və özəl təşkilatlarda əməkdaşlar məsafədən işləyəcəklər. O cümlədən müxtəlif tədbirlər ləğv olunacaq. Publika.az xəbər verir ki, bu gün bir qrup media nümayəndəsi ilə görüşdə prezidentin köməkçisi Anar Ələkbərov isə yeni məlumatlar açıqlayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə bu təşəbbüslərə qarşı çıxıb. “Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”, – A.Ələkbərov bildirib. Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr zamanı kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilib və bu məsələ ilə bağlı İlham Əliyev çıxış edərək Azərbaycan paytaxtının həyatının pozulmasına qarşı olduğunu bildirib.

 

  •  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00