Nəsiman Yaqublunun ölümü Rəsulzadəni AĞLATDI

26/08/2024 - 05:55

Dünən tarixçi professor, Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib. Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı idi. AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaların müəllifi kimi tanınan Nəsiman Yaqublu Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə yaxın münasibətdə olub. Modern.az Nəsiman Yaqublunun ölümü barədə Rais Rəsulzadə ilə əlaqə saxlayıb. Rais Rəsulzadə ilk xəbəri məhz bizdən alıb. Bu acı xəbəri eşidən kimi "Nə danışırsan, o, mənim canım-ciyərim idi" deyərək göz yaşlarını saxlaya bilməyib. N. Yaqublunun ölüm xəbərindən sarsılan Rəsulzadə sözlərinə davam edə bilməyib. Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza dünən saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ