"Qərb Ukraynaya hava hücumundan müdafiə sistemləri verməkdə davam etməlidir" - Zelenski

21/11/2022 - 19:36

"Qərb Ukraynaya hava hücumundan müdafiə sistemləri verməkdə davam etməlidir".

Qafqaz.media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO Parlament Assambleyasında çıxışı zamanı deyib.

"Ukraynanın təminatlara ehtiyacı var. Kifayət qədər hava hücumundan və raketdən müdafiə sistemləri ilə dəstək olmalıdır", - Zelenski bildirib.

Qafqaz.media