“Rusiya ordusu Ukraynada o qədər tank itirib ki...” – “Döyüşə texnika əvəzinə piyadaları göndərir”

21/11/2022 - 13:55

“Oryx” portalı Rusiya ordusunun Ukraynada itirdiyi hərbi texnika haqqında araşdırma dərc edib. Məqalədə müharibə zamanı vurulan tankların, artilleriya qurğularının və digər zirheli vasitələrin foto və videolarla təsdiqlənmiş sayı barədə məlumat verilir.

Qeyd olunur ki, fevralın 24-dən noyabrın 20-dək, demək olar ki, 9 ay ərzində Rusiya 8023 ədəd texnika itirib. Bu ümumi itkilərin az bir hissəsini təşkil edir, çünki yoxlanılmayan çoxlu sayda informasiya var.

Portal bildirir ki, Rusiya ordusu 20 noyabra qədər 1500 döyüş tankı itirib. Onlar içərisində 2000-ci ildən sonra istehsal edilən "Sosna-U" və "Essa" termal görüntüləmə nişanları olan ən azı 516 müasir modifikasiyalı T-72B3, T-72B3M, T-80BVM, T-90A, T-90M müəyyən edilib. Partlayışlardan sonra məhv edilmiş 200-ə yaxın tankın markasını müəyyən etmək mümkün olmayıb, amma istisna deyil ki, onlar arasınd ada müasir zirehli texnika var.

Portalda qeyd olunur ki, 2022-ci ilə qədər Rusiya Federasiyası ordusunun xidmətində 3417 tank var idi. Bunlardan 2357 tank 2000-ci ildən sonra istehsal edilib. Hərbi nəşrin məlumatına görə, Rusiya müharibənin əvvəlindəki imkanları ilə müqayisədə tank qoşunlarının azı 40%-ni itirib.

Digər tərəfdən, ictimai foto və video materialları araşdırmaqla xidmətdə olan tankların faktiki sayını hesablayan rusiyalı tədqiqatçı “Altyn73”-ün hesablamalarına görə, hazırda ordunun sərəncamında 2000-ci ildən sonra istehsal olmuş 1500-ə yaxın qalıb.

Hərbi bloger Yuri Butusov isə bildirir ki, Rusiya bu itkiləri bərpa edə bilmir: “2021-ci ildə Rusiya rekord sayda - 240 ədəd tank istehsal etməyi planlaşdırırdı, lakin plan yerinə yetirilmədi. Aşağıdakı faktlar da təkszibedilməz itkiləri göstərir:

Birincisi, Rusiya tank sənayesi ehtiyat hissələrini zədələnmiş tankların hesabına bərpa etmək məcburiyyətindədir. Nəticədə zədə almış xeyli sayda texnika yarasız olur və atılır. Hərbi əməliyyatların miqyasını nəzərə alaraq, Rusiya tanklarının əksəriyyətinin təmirə ehtiyacı var. Hazırda höhnə T-62 və köhnə seriyalı T-72-lər cəbhə bölgələrinə göndərilir;

İkincisi, Rusiya Belarus Silahlı Qüvvələrinin ehtiyatlarından müntəzəm miqdarda təchizatı bərpa etmək üçün istifadə etməyə məcburdur;

Üçüncüsü, müharibə rus tankları komponentlərinin, xüsusilə elektronikanın aşağı texniki etibarlılığını ortaya çıxardı. Hazırda Rusiya sanksiyaların yaratdığı məhdudiyyətlərə görə istehsalın miqyasını artıra bilmir;

Dördüncüsü, tank qoşunları heyətlərinin böyük itkilərini bərpa etmək, səfərbər olanları hazırlamaq üçün xeyli sayda tank istifadə edilməlidir. Nəticədə bir xeyli tan təlim tapşırıqlarına yönəldilməlidir”.

Hərbi ekspert əlavə edir ki, tank qoşunlarının bərpa edə bilməmək Rusiya Silahlı Qüvvələrinə yenidən genişmiqyaslı hücum əməliyyatları planlaşdırmağa imkan vermir. Onun sözlərinə görə, səfərbər edilmiş piyadalar uzunməsafəli irəliləyişlərə qadir deyil: “Buna görə də rus tank qoşunları taktikasını əhəmiyyətli dərəcədə dəyişdilər. Ruslar bütün cəbhə boyu texnikanın cəmləşməsindən və yüksək dəqiqlikli silahlarla vurulmasından qaçaraq, tanklardan son dərəcə ehtiyatla istifadə edirlər. Vurulan tankların ekipajlarını tez bir zamanda evakuasiya etmək üçün xüsusi təyinatlı zirehli maşınlardan istifadə olunur. Rusiya komandanlığı itkilərin qarşısını almaq üçün cəbhənin bəzi hissələrində zirehli texnikadan istifadəni məhdudlaşdırır, əvəzində sırf cərimə batalyonlarından cəlb olunmuş piyadalarla hücuma göndərir. Rusiya tank qoşunlarının “xüsusi əməliyyatın” birinci və ikinci mərhələlərində məğlubiyyəti o qədər ağırdır ki, rus ordusu bundan çox uzun müddətözünə gələ bilməyəcək.

Döyüş əməliyyatlarının gedişi Rusiya ordusunun hücum əməliyyatlarını dəstəkləmək üçün böyük sayda tank və zirehli texnika cəmləşdirmək imkanlarının kəskin azaldığını göstərir”./azpolitika.info