Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

02/10/2024 - 04:51

Şirvanda qəza nəticəsində ölən piyadanın şəxsiyyəti məlum olub. APA-nın yerli bürosu xəbər verir ki, hadisədə həyatını itirən piyada Hacıqabul rayonunun Xiləmirzə kənd sakini, 1949-cu il təvəllüdlü Babayev Əlimədət Nuru oğludur. Şirvanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb. “Toyota” markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. Piyadanın kimliyi müyyənləşdirlir. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06