Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi 2 dəfə azaldılır

21/11/2022 - 11:52

Siyasi partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı nəzərdə tutulan tələb dəyişdirilir.

Qafqaz.media xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələbi qoyulub.

Xatırladaq ki, qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalı idi.

Qanun layihəsi yeni redaksiyada Milli Məclisin rəsmi saytında yerləşdirilib.