Şəkidə 29 yaşlı qadın itkin düşüb - FOTO

12/07/2024 - 12:30

Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova AygünTahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Bu barədə APA-nın yerli bürosuna DİN-dən bildirilib. Qeyd edilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.

“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ