Şəkidə maşın 37 yaşlı kişini vuraraq öldürüb

26/08/2024 - 08:33

Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 25-i axşam saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ