“Sputnik” agentliyinin şef redaktoru Latviyada saxlanıldı

06/01/2023 - 00:39

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın “Sputnik” dövlət agentliyinin Litva xidmətinin şef redaktoru Marat Kasemi saxlayıb. O, sanksiyalar rejimini pozmaqda şübhəli bilinir.

Qafqaz.media xəbər verir ki, Marat Kasemi Riqa məhkəməsi tərəfindən həbs edilib.

“Rossiya Seqodnya”da çalışan Latviya vətəndaşının saxlanılması barədə Dövlət Təhlükəsizlik Xidmətinə istinadən “Delfi” məlumat yayıb. Redaksiyanın məlumatına görə, jurnalist yanvarın 3-də saxlanılıb. Onun Latviya vətəndaşlığı var və ölkəyə dekabrın sonunda gəlib. Nəşr saxlanılan şəxsin adını çəkmir.

“Sputnik” redaktorları aydınlaşdırıb ki, Kasem Latviyaya ailəvi səbəblərə görə gəlib. O, yanvarın 5-də həbs edilib və Riqa mərkəzi həbsxanasına köçürülüb. Agentliyin məlumatına görə, onların işçisi sanksiyaları pozmaqda ittiham olunmaqla yanaşı, casusluqda da ittiham oluna bilər. Digər mənbələr bu məlumatı təsdiqləmir.

Qafqaz.media