TARİXİ MƏQAM: İKİ QARDAŞ XALQ MÜTTƏFİQ OLDU - Saziş imzalandı + FOTOLAR
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Saziş imzalanıb. APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, Saziş Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində bu gün Daşkənddə imzalanıb. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.