Tullantıdan sənətə: Abşeron Milli Parkında növbəti ekoloji tədbir

10/11/2024 - 16:18

"Ətraf mühitə qayğı" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir. ETSN-dən Modern.az-a bildirilib ki, sərgidə təbiətə qayıdış və etno instalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida məhsulları nümayiş etdirilir. Gənc heykəltəraş - instalyator Emil Məcidovun tullantılardan hazırladığı "Yer kürəsi, Qobustan qayası, Lotus gülü" əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi, təbiətlə vəhdəti, cəmiyyətin məsuliyyətini ehtiva edir. Sərginin keçirilməsində məqsəd tullantılardan səmərəli istifadənin və iqlim dəyişikliyi məsələlərinin incəsənətin vizual gücü ilə diqqətdə saxlanılmasıdır. İctimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitə qayğı göstərməyə çağıran sərgi noyabrın sonunadək davam edəcək.

    Modern.az

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabah qar yağacaq
    18/11/2024 - 14:05
    Faktiki hava açıqlanıb
    18/11/2024 - 10:03
    Xoşbulağa qar yağdı - Video
    17/11/2024 - 15:03
    Sabah qar yağacaq
    16/11/2024 - 13:01
    Bu xanımlara vəzifə verildi
    16/11/2024 - 13:00