Üç fəhlənin faciəvi şəkildə öldüyü yerdən - Görüntülər

25/09/2024 - 06:38

Xəbər verdiyimiz kimi, Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Belə ki, təsərrüfat işləri ilə məşğul olan üç nəfər daşıdıqları nərdivanın ərazidən keçən yüksək gərginlikli xəttə toxunması nəticəsində cərəyan vurmasından ölüb. Hadisə zamanı dünyasını dəyişən Əkbər Bağırov və İsmət Məmmədov Şəmkir, Adil Böyükkişiyev isə Ağstafa rayon sakinidirlər. “İstixanaya nərdivanı sürüyə-sürüyə gətiriblər. Yuxarıdan da böyük gərginlikli xətt keçirdi. Ehtiyatsızlıqdan əllərindəki nərdivan cərəyana dəyib”, - İsmət Məmmədovun qardaşı deyib.Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin videomaterialında:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44