Ukraynada müharibə başlayandan indiyədək 443 uşaq həlak olub – BAŞ PROKURORLUQ

06/12/2022 - 13:07

“Ukraynada müharibə başlayandan indiyədək 443 uşaq ölüb, 853-dən çox uşaq yaralanıb”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun müharibənin 286-cı günü ilə bağlı dekabrın 6-da yaydığı hesabatında bildirilir.

Uşaqların əksəriyyəti Donetsk, Xarkov, Kiyev, Nikolayev, Zaporojye, Xerson, Çerniqov, Luqansk və Dnepropetrovsk vilayətlərində zərər çəkib. Bu məlumatlar yekun deyil, hərbi əməliyyatların davam etdiyi bir çox rayonlarda və işğal olunmuş ərazilərdə bu siyahını dəqiqləşdirmək mümkün deyil.

Rusların bombardman və atəşləri nəticəsində 2719-dan çox təhsil müəssisəsi zərər görüb, onlardan 332-si tamamilə məhv edilib.

Dekabrın 5-nə olan məlumata görə, Rusiyanın təcavüzü nəticəsində 424-ü uşaq olmaqla 6702 mülki şəxs həlak olub. BMT vurğulayır ki, ölən və yaralananlar daha çoxdur.

Qafqaz.media