"Ukraynaya “Patriot” verilsin" - Polşadan çağırış

24/11/2022 - 10:04

Polşa Müdafiə Nazirliyi Almaniyadan Varşavaya vəd edilmiş Patriot sistemlərini Ukraynaya təhvil verməsini xahiş edib.

Belə bir bəyanatı Polşa Rusiyanın Ukraynaya kütləvi raket hücumundan sonra verib.

Polşalı nazir qeyd edib ki, komplekslərin ötürülməsi Ukraynanı Rusiyanın atəşi nəticəsində gələcək itkilərdən və işıqların kəsilməsindən qorumağa kömək edəcək.

“Rusiyanın son raket hücumlarından sonra mən Almaniyaya üz tutdum ki, Polşaya təklif olunan “Patriot” batareyalarını Ukraynaya köçürüb qərb sərhədində yerləşdirsin. Bu, Ukraynanı daha çox itkilərdən və işıqların kəsilməsindən qoruyacaq və şərq sərhədimizdə təhlükəsizliyi artıracaq”, - Blaşak vurğulayıb.