Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

19/08/2024 - 10:01

Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Xidmətdən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ