Bakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıb

17/09/2024 - 05:59

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, moped Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobilinə arxadan çırpılıb. Daha sonra digər “Toyota Prius” avtomobili qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyib. Hadisə nəticəsində mopedin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıbBakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıbBakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıbBakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıbBakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıbBakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ