"Mən ölkəni xilas edəcək yeganə insanam" - Tramp

17/09/2024 - 06:16

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı növbəti sui-qəsd cəhdinə görə prezident Cozef Bayden və vitse-prezident, prezidentliyə namizəd Kamala Harrisi ittiham edib. Publika.az xəbər verir ki, Tramp hadisə ilə bağlı “Fox News”a danışıb. Onun sözlərinə görə, onu “demokratiyaya təhdid” adlandıran prezident Bayden və vitse-prezident Harrisin ritorikası sui-qəsdə səbəb olub. “Ritorika mənə atəş açılmasına səbəb olub. Halbuki, mən bu ölkəni xilas edəcək yeganə insanam, onlar isə bu ölkəni həm daxildən, həm də xaricdən dağıdırlar. Buna “daxili düşmən” deyilir. Onlar real təhdiddirlər”, - deyə Tramp bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57