Zelenski: "Abram" tanklarının çatdırılması qələbəyə doğru mühüm addımdır

26/01/2023 - 00:06

Prezident Vladimir Zelenski Ukrayna silahlı qüvvələrinə “Abram” tanklarının verilməsi qərarına görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.

"Güclü dəstəyinə görə Amerika xalqına təşəkkür edirəm! Bu, təcavüzkar Rusiyanı məğlub etmək yolunda mühüm addımdır", - Zelenski Twitter-də yazıb.