"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO

30/08/2024 - 10:15

Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

                                                     

    "APA-Economics" in əməkdaşının məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

    "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "APA-Economics"ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xəttlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyatı yoxdur.

    Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

    Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

     

    "20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO "20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO "20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO "20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ