ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır

12/09/2024 - 06:48

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabr 2024-cü il tarixindən etibarən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək. Bu barədə "APA-Economics"ə ADY-dən bildirilib. Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılacaq. Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51
GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56