Aİ İrandan Rusiyaya hərbi dəstəyi dayandırmağı tələb etdi

20/12/2022 - 18:23

Avropa İttifaqının (Aİ) Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrel İranın Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsini və ölkədəki müxalifətə qarşı pepressiya siyasətini pisləyib.

“Yevropeyskaya Pravda” nəşri xəbər verir ki, Borrel bu barədə öz “Tvitter” səhifəsində yazıb: “İran ilə Aİ arasında münasibətlərin pisləməsi fonunda İordaniyada İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşmək lazımdır”. 

Qeyd edək ki, İordaniyada regional konfrans keçirilməsi planlaşdırılır.

Borrel yazıb: “İran Rusiyaya hərbi dəstəyi və özünün daxilindəki repressiyaları dayandırmalıdır. Razılaşmışıq ki, biz əlaqələri kəsməməli və Vyana danışıqları əsasında nüvə müqaviləsini bərpa eləməliyik”.

Xatırladaq ki, dekabrın 12-də Aİ İranın Rusiyaya verilən dronların istehsalı ilə məşğul olan dörd şirkətinə, biznesmenlərinə və hərbçilərinə qarşı sanksiyalar tətbiq edib.

Dünya mətbuatında yayılan məlumata görə, Britaniya kəşfiyyatı yaxın aylarda İranın Rusiya ordusuna hərbi dəstəyini artıracağının planlaşdırıldığını xəbər verib./Hurriyyet.az