Buz yemək istəyi nədən qaynaqlanır?
Anemiya, qan azlğının daha bir gözlənilməz əlaməti açıqlanıb.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Kunal Sood buz istəməyin qanazlığından qaynaqlandığını bildirib.
“Qəfildən, ani və güclü buz çeynəmək istəyi bədəndə təhlükəli vəziyyətin olduğunu göstərə bilər. Buz, gil, təbaşir və ya torpaq kimi qeyri-ərzaq məhsullarına həvəs çox vaxt anemiyadan xəbər verir”, - həkim vurğulayıb.
Həkimin dediyinə görə, anemiyanın digər əlamətlərinə dərinin solğunluğu, zəiflik daxildir. Müalicə olunmazsa, qanazlığı ciddi sağlamlıq problemləri yarada bilər.
Onun sözlərinə görə, dəmir çatışmazlığı səbəbindən immunitet azalır, insan tez-tez xəstələnir, ürək-damar sistemində fəsadların yaranma riski daha yüksəklir. Nəhayət, anemiya qadınlarda hamiləlik zamanı və hamiləlikdən sonra fəsadların yaranma ehtimalını artırır.