Tramp Putinlə danışacağını açıqlayıb
01/02/2025 - 09:32
Ağ Ev rəhbəri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışacağını və Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bildirib.
APA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Tramp qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə “çox ciddi” müzakirələr aparır.
“Biz çox ciddi müzakirələr aparırıq... Rusiya ilə, bəli”, - Ağ Ev rəhbəri qeyd edib.