"Hizbullah" keçmiş liderlərini gələn ay dəfn edəcək

31/01/2025 - 19:30

"Hizbullah"ın keçmiş liderləri Həsən Nəsrullah və Haşem Safiəddin gələn ay dəfn olunacaq.

APA “Jerusalem Post”a istinadən xəbər verir ki, "Hizbullah"ın sabiq liderləri fevralın 23-də dəfn olunacaq.

Nəsrullah 2024-cü ilin sentyabrında, Haşem Safiəddin isə həmin ilin oktyabrında öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ