Vaşinqtonda təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox meyit çıxarılıb
30/01/2025 - 16:30
Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın meyiti çıxarılıb.
APA xəbər verir ki, bu barədə xilasetmə işləri ilə tanış olan iki mənbə NBC-yə bildirib
Qeyd edilib ki, Potomak çayından 30-dan çox meyit çıxarılıb.
Bildirilib ki, xilasetmə əməliyyatı çətin şəraitdə davam edir.