ABŞ-da daha bir təyyarə qəzası
01/02/2025 - 09:36
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.
Qafqaz.Media xəbər verir ki, məlumatı “Foks Nyus” yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub:
“Hava limanından yenicə qalxan təyyarədə 6 nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”.
Təyyarədə olan şəxslərin taleyi barədə məlumat verilməyib.