Milli Məclisin yaz sessiyası başladı - Yenilənib
Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb.
“Qafqazinfo” xəbər verir ki, iclası spiker Sahibə Qafarova açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə 16 məsələ daxil edilib.
***
Sədr Sahibə Qafarova plenar iclasda çıxış edərək 7-ci çağırış Milli Məclisin ötən sessiyanı uğurla başa vurduğunu bildirib: “Birinci sessiyanın yekunları bardə deputatları ətraflı məlumatla tanış etmişəm. Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalararası da davam edib. İtaliyaya rəsmi səfərimiz uğurlu keçib. Türk PA-nın Səhiyyə komitələrinin sədrləri ilə Milli Məclisdə ikinci iclas keçirilib.
Bu sessiyada qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Eyni zamanda Milli Məclisin iclaslarından birində dövlət büdcəsinin icrası müzakirə ediləcək”.