Avropada zühur edən vətən xainləri

21/03/2024 - 13:38

Açıq etiraf etməliyik ki, günümüzdə siyasətlə məşğul olmaq elə də asan məsələ deyil. Lakin bu fəaliyyətin tükəndiyini də demək düzgün deyil.

Hal-hazırda Avropa dövlətlərinin Azərbaycana qarşı təzyiq etməsi, yumşaq desək, o qədər də ürək açan deyil. Xüsusə də son zamanlar dövlətimizə qarşı özlərini “demokratiya mənbəyi” hesab edən Qərb dünyasından gələn zərbələr hər birimizin gözləri qarşısındadır.

Avropadakı müəyyən dairələr “demokratiya” adı altında bizi aşağılayaraq, öz çirkin niyyətlərini həyata keçirmək üçün əllərindən gələni edirlər. Nədənsə, insan hüquq və azadlıqları daha kobud şəkildə pozulan xristian dövlətlərinə qarşı loyallıq göstərirlər. Əslində isə, ikili standartlı görmək üçün siyasətçi və ya jurnalist olmaq lazım deyil. Çünki “xoruz”u nə qədər gizlətsələr də, quyruğunu gizlətmək mümkün deyil.

Qərbin Azərbaycana hər an ikili standartla yanaşması bizdə təssüf hissi yaradır. Ancaq nə etmək olar? Yüz altı il öncə demokratiya və demokratik dövlət qurmuşuq. Demokratik Cümhuriyyətimizin ömrü vaxt olsa da həmin dönəmdə indiki Avropada çox az sayda domokratik dövlət olub. Belə ki, 1918-1920-ci illərdə - cumhuriyyət dönəmində demokratiyanın nə və necə olduğunu qurucu babalarımız bizə yaşatmışlar. Bu yaşam genetik yaddaşımızda nəsildən nəsilə ötrülür.

Yuxarıda qeyd etməkdə məqsədim Qərbin qeyri-səmimi “iç üzünü”millətimzə göstərməkdir. Və xüsusən də önu qeyd etmək istəyirəm ki, bizdən demokratiya tələb edənlər istismarçılıq siyasəti üçün zəmin yaradırlar. Çox uzağa getməyək, “demokrtiya” adlanan ölkələrin tarixinə diqqət etdikdə onların müstəqil ölkələri necə vassala çevirib istismar etdikləri çox da uzaq tarix deyil.

Çox təəssüflə qeyd edirəm ki, vaxtilə belə güclər hazırda vətəninə, millətinə xəyanət edən Mehman Məmmədovlardan istifadə edib. Əziz həmvətənlər, bu faktları saymaqla bitən deyil. Sadəcə, bir-iki epizodu qeyd etdim ki, biz xalq olaraq Qərbin çirkin niyyətlərinin qarşısında ayıq-sayıq olaq.

Bizim içimizdə elə xainlər və satqınlar var ki, onlar dövlətimizə düşmənçilik bəsləyən qüvvələrlə bir sırada yer alırlar. Konkret olaraq, Qərbə sığınan “siyasi fəal” Mehman Məmmədov da, əslində, xalqımızın qoynunda bəslədiyi bir “anakonda”dır. Çox maraqlıdır ki, bu zat açıq-aşkar dövlətimizə qarşı təxribatla məşquldur. O, Azərbaycan dövlətinə və dövlətçiliyinə xəyanət etməklə, bizə “yağlı yem” kimi baxan dövlətlərin əlində alətə çevrilib. Qeyd edim ki, bu xəyanətkar İsveçrəyə sığınaraq, ölkəmizə qarşı “dəyənək” rolunda çıxış edir. Təbii ki, belə kiçik “dəyənək”lərdən çox olsa, həmin dövlətin xeyrinə çox yarayar.

Etibarlı mənbələrdən verilən məlumata görə, Liberal Partiyasının aktivistlərindən olduğu söylənilə vətən xaini, əvvəllər polis orqanlarında çavuş kimi “xidmət” edib. Belə xəyanətkarların polis orqanlarına sızması ciddi səhv sayılmalıdır.. Zamanında ifşa olunsaydı, indi vətənə xəyanət edənlərin cərgəsində həbsxanalarda sakitcə cəzasını çəkərdi. Belələri cənab prezidentimiz İlham Əliyevi və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın şəkillərini yerə sərərək, müxtəlif böhtanlar və təhqirlərdən də çəkinmirlər. Gələcəkdə belə xəyanətkar və satqınları vaxtında aşkara çıxarıb, ifşa olunacaq. O cümlədən, M Məmmədovun da Azərbaycana dönüşündə hüquqi müstəvidə cəsasının veriləcəyinə əminəm.

Sehran XANKİŞİYEV