"Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır" - PENTAQON
29/11/2022 - 10:51
Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır.
Qafqaz.media xəbər verir ki, bu, ABŞ Birləşmiş Baş Qərargahlarının Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin səfəri və keçirdiyi görüşləri ilə bağlı bəyanatında qeyd olunub.
Bildirilib ki, Birləşmiş Baş Qərargahların rəisinin birinci müavini Kristofer Qreydinin general-polkovnik Kərim Vəliyevlə görüşü zamanı regional təhlükəsizlik məsələləri və ikitərəfli əlaqələr müzakirə edilib.