Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başlayıb

14/09/2024 - 12:56

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib. Apasport.az xəbər verir ki, pilotlar üçüncü sərbəst yürüşdə mübarizə aparırlar. Saat 12:30-da start götürən yürüşdə 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar. Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ