Azərbaycan XİN İsrailə başsağlığı verdi

23/11/2022 - 17:08

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Qafqaz.media xəbər verir ki, bu barədə Azərbaycan XİN "Twitter"də paylaşım edib.

"Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", XİN bildirib.