Azərbaycana idxal edilən düyü 16% bahalaşıb

21/09/2024 - 12:32

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib. Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 16.3% artaraq 1039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib. Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.39%-nə bərabər olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10