Azərbaycandan Rusiyaya keçmək istəyən 9 nəfər saxlanıldı - FOTO

23/11/2022 - 16:47

Noyabr ayının 21-də saat 05:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 9 (doqquz) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

DSX-dən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.Azərbaycandan Rusiyaya keçmək istəyən 9 Pakistan vətəndaşı saxlanılıb - DSX (FOTO)