Azərbaycanlı "qanuni oğru" "Toppuş bacı"nın müalicəsi üçün 10 min dollar göndərib

28/11/2022 - 20:21

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") müalicəsinə kömək məqsədilə azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyev ("Rufo Gəncinski") 10 min ABŞ dolları göndərib.

Qafqaz.media BAKU.WS-ə istinadən xəbər verir ki, bunu tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) bildirib.

O qeyd edib ki, Tünzalə Əliyeva ilə bağlı canlı yayımda edilən paylaşımdan sonra müalicəsi üçün 10 min dollar yardım edilib.