Bakıda DƏHŞƏT: kişi 2 yaşlı oğlunu və qayınanasını bıçaqladı

24/11/2022 - 09:51

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.