Bakıda gənc oğlanı avtomobil vurub

04/08/2024 - 07:52

Bakının Xəzər rayonunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Mirzəyev Tahir Əli oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı sağ bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10