BAKIDA GÜCLÜ YANĞIN... - Bu yollar bağlandı + VİDEO (Yenilənib)

30/08/2024 - 19:28

Bakının Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

***

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirlikdən  verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb. Yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür. İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb. FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır. O qeyd edib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib ki, Suraxanı rayonu ərazisindəki yanğınla əlaqədar bəzi yollar bağlanıb. Bildirilib ki, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

 

 

 














aviasales.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ