Bakıda tələbə qız intihar etdi - FOTOLAR

29/11/2022 - 12:10

Bakıda tələbə qız özünə qəsd edib.

Bu barədə mərhum Roza Ramazanovanın tələbə yoldaşı və eyni zamanda özünü onun rəfiqəsi kimi təqdim edən gənc qız məlumat verib. O, intihar edən qızın Facebook hesabından ardıcıl bir neçə status və digər paylaşımlar edərək Rozanın canına qıydığını, artıq həyatda olmadığını dostluğundakı şəxslərə məlumat verib.

Digər verdiyi məlumatda intihar edən qızın ailəsi ilə münaqişə yaşadıqdan sonra bu addımı atdığı qeyd olunur./milli.az