Bakıda yük maşını yanıb

23/08/2024 - 10:46

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. APA FHN-ə istinadən xəbər verir ki, “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ