Bayden Atəşkəs planının İsrail və HƏMAS tərəfindən qəbul edildiyini deyib
ABŞ prezidenti Co Bayden Qəzza üçün təqdim etdiyi atəşkəs planının İsrail və HƏMAS tərəfindən qəbul edildiyini deyib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, atəşkəs planını hər iki tərəfin qəbul etdiyini deyən Bayden "Mən buna nail olmaq və müharibəni bitirməkdə qərarlıyam",- deyə sözlərinə davam edib. Vaşinqtonda 3 günlük NATO Sammitindən sonra təşkil etdiyi mətbuat konfransında çıxış edən Bayden ABŞ-ın Qəzzada atəşkəsə nail olmaq və məhbusları geri qaytarmaq üçün aylardır çalışdığını bildirib. O, bunların mürəkkəb məsələlər olduğunu vurğulayaraq, hələ də bəzi çatışmazlıqların olduğunu, lakin irəliləyiş olduğunu bildirib.