Belarus ŞƏT-in tamhüquqlu üzvü olub
04/07/2024 - 10:15
Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilib. APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Astanada keçirilən Zirvə toplantısında qərar verilib.Qeyd edək ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Qazaxıstan Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər və BƏƏ-nin dövlət və hökumət başçılarının iştirak etdiyi toplantıda qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi, eləcə də qlobal problemlər ətrafında fikir mübadiləsi aparılır.