Belçika Ukraynaya mobil laboratoriyalar və sualtı dronlar verəcək – MÜDAFİƏ NAZİRİ AÇIQLADI

26/11/2022 - 22:14

Belçikanın müdafiə naziri Ludivine Dedonder şənbə günü ölkəsinin Ukraynaya ən müasir mobil laboratoriyalar və sualtı dronlar göndərəcəyini bildirib.

Qafqaz.media xəbər verir ki, bunu Belçikanın “Le Soir” nəşri yazıb.

İki səyyar laboratoriya üç həftə ərzində Ukraynaya çatdırılacaq. Nazir izah edir ki, onlar kimyəvi, bakterioloji, radioloji və ya nüvə insidentinin baş verə biləcəyi yerin yaxınlığında yerləşdirilə bilər.

"Onlardan doğum evləri və ya xəstəxanalarda, eləcə də dağılmış fəlakət bölgələrində də istifadə oluna bilər. Onlar təcili yardım göstərə bilərlər... İndiyədək heç kim belə bir şey göndərməyib", - Dedonder bildirib.

Бельгия передаст Украине подводные беспилотники и мобильные лаборатории

Bundan əlavə, Belçikanın “ECA Robotics Belgium” şirkətinin istehsalı olan 10 sualtı dron da mayın sonuna qədər Ukraynaya gətiriləcək.

“Bu pilotsuz təyyarələr, istər mina, istərsə də casus qurğuları olsun, bütün sualtı təhlükələri müəyyən edə bilir”, - deyən nazir bunun ukraynalılara böyük köməklik göstərəcək tamamilə yeni, qabaqcıl texnologiya olduğunu bildirib.

Xatırladaq ki, Belçika hökumətinin başçısı Aleksandr de Kroo bu gün Kiyevə gələrək, Ukraynaya yeni yardım vəd edib.

Prezident Vladimir Zelenski de Kroo ilə görüşündən sonra bildirib ki, Belçika Ukraynanı generatorlar və digər zəruri enerji avadanlıqları ilə təmin etməyə hazırdır.

Qafqaz.media