BİNƏQƏDİDƏ "YAŞIL SOYQIRIM" - 10 ədəd şam ağacı məhv edildi

01/03/2024 - 14:19

Fevralın 28-də Binəqədi rayonu, S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.

Qafqaz.media xəbər verir ki, faktla bağlı Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat verməyə çalışacağıq.