“Bizim prioritetlərimiz Gürcüstanın azad dünyaya inteqrasiyası, Saakaşvilinin azadlığı və xaricə transferidir” – NİKA MELİYA

20/11/2022 - 00:02

“Vahid Milli Hərəkat adından bəyan edirəm ki, bizim siyasi gücümüzün əsas prioriteti Gürcüstanın azad dünyaya inteqrasiyası olub və olacaq. Bu çərçivədə ölkənin demokratik inkişafı və media azadlığı, prezident Saakaşvilinin azad edilməsi və Qərbin tibb müəssisəsinə köçürülməsi əsas hədəflərimizdir”.

Qafqaz.media xəbər verir ki, bu barə Milli Hərəkat Partiyasının sədri Nika Melia keçirdiyi brifinqdə deyib.

Melia qeyd edib ki, azadlıq mübarizəsi qələbəyə qədər davam edir və bu mübarizə mütləq qələbə ilə yekunlaşacaq.

“Lissabonda Xalq Partiyasının ən böyük siyasi məclisi keçirilib və orada qətnamə qəbul edilib. Orada qeyd olunur ki, Gürcüstan hakimiyyəti Avropa Komissiyasının 12 tövsiyəsinə məhəl qoymur və Gürcüstanın Avropa perspektivinə mane olur; hakimiyyət Gürcüstanda siyasi təqibləri dayandırmalıdır; Mixail Saakaşvili azad edilməli və müalicə üçün xaricə göndərilməlidir, Nika Qvaramiya isə qeyd-şərtsiz buraxılmalıdır.

Qətnamədə hakimiyyətin ələ keçirildiyi açıq şəkildə qeyd edilir və oliqarx İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı mövqe qətiyyətlə müəyyən edilir. Bu səfər zamanı bir daha aydın şəkildə gördük ki, Gürcüstanın Avropaya inteqrasiyasına yeganə maneə Bidzina İvanişvili və onun hökumətidir. Bu fikri ABŞ Senatı da bölüşür və iki gün əvvəl prosesləri böyük geriləmə kimi qiymətləndirib və Gürcüstanla bağlı strategiyaya yenidən baxılmasının məqsədəuyğunluğu barədə danışmağa başlayıblar”, - deyə Melia bildirib.

Qafqaz.media