Bolqarıstanda etirazçılar Rusiya səfirinin qarşısını kəsdilər - FOTO

06/12/2022 - 15:17

Bolqarıstanda etirazçılar Rusiya səfiri Eleonora Mitrofanova və Volokolamsk mitropoliti Entoninin (Sevryuk) məbədə gedən yolunu kəsiblər.

Qafqaz.media xəbər verir ki, bu barədə yerli “Novinite” qəzeti yazır.

Nəşrin məlumatına görə, etirazçılar Rusiya əleyhinə şüarlar səsləndirirlər. Məbədin girişi polislər tərəfindən nəzarətə götürülüb.