Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

26/08/2024 - 07:58

Panama bayrağı altında üzən “Sredina” adlı neft tankerində yaranan nasazlıqla əlaqədar gəmilərin Bosfor boğazından keçidi müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb. Publika.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, uzunluğu 171 metr olan tanker Rumıniyadan Liviyaya gedərkən Bosfor boğazının şimal girişində mühərrikində yaranan problemə görə dayanıb. Artıq yedək gəmilər dərhal tankerin yanına göndərilib. Bu arada, “Marinetraffic” gəmi monitorinq xidməti bildirib ki, tanker Rusiyanın Novorossiysk limanından Benqaziyə gedirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57