Brüssel hava limanında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib

25/08/2024 - 06:51

Belçikanın paytaxtı Brüssel Beynəlxalq Hava Limanında bomba təhlükəsi yaranıb.

"Report" xəbər verir ki, bu barədə "Belqa" agentliyi hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Polis binalara baxış keçirmək üçün gözləmə zalı və baqaj qəbulu sahəsindən insanları təxliyə edib.

Sərnişinlərin hava limanından kənara aparılmadığı, binanın digər otaqlarında qaldıqları dəqiqləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57